“Gent”in daha bir futbolçusu “Qarabağ”la oyun ərəfəsində zədəsini sağaldıb

17:47 15 Fevral 2023

Belçikanın “Gent” klubunun daha bir futbolçusu Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu ərəfəsində zədəsini sağaldıb.

 

Sportarena.az “Walfoot” nəşrinə istinadən xəbər verir ki, hücumçu Loran Depuatr Bakıya yollanan heyətdə yer alıb.

 

Belçika çempionatının XXV turunda “Vesterlo” (3:3) ilə qarşılaşmanı zədə səbəbindən buraxan 35 yaşlı forvard Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə məşqçilər korpusunun sərəncamında olacaq.

 

Ondan əvvəl portuqaliyalı müdafiəçi Nurio Fortuna və danimarkalı yarımmüdafiəçi Endryü Hülsager zədəsini sağaldaraq, oyunun iştirak ərizəsinə salınıblar.

 

Qeyd edək ki, fevralın 16-da keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.


Digər xəbərlər

Xəbər xətti