“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçuların ilk rəqibləri bilindi

19:56 15 Fevral 2023

Azərbaycan cüdoçularının İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirindəki ilk rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yığmamız 7 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.

 

Cüdoçulardan biri 1/32 finaldan, beşi 1/16 finaldan, dördü isə 1/8 finaldan mübarizəyə başlayacaq.

 

Milli mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcək.

 

Fevralın 16-dan 18-dək keçiriləcək “Böyük Dəbilqə”də 52 ölkənin 398 cüdoçusu mübarizə aparacaq.

 

60 kq

1/8 final: Balabəy Ağayev – Matan Kokolayev (İsrail)/Brayan Qarboa (Ekvador) cütünün qalibi

1/16 final: Turan Bayramov – Məhəmməd Raşnonezad (IJF)

 

66 kq

1/16 final: Orxan Səfərov – Xoakin Tovaqlyari (Argentina)

 

73 kq
1/32 final: Nurlan Osmanov – Mixeili Baxbaxaşvili (Gürcüstan)

 

81 kq

1/16 final: Rüstəm Orucov – Bolor-Oçir Gereltuya (Monqolustan)

1/16 final: Zelim Tçkayev – Batbold Bulqan (Monqolustan)

 

90 kq

1/16 final: Məmmədəli Mehdiyev – Məmmədəli Açildiyev (Türkmənistan)

 

100 kq

1/8 final: Zelim Kotsoyev – Rafael Buzakarini (Braziliya)/Tomas Brikeno (Çili) cütünün qalibi

 

+100 kq

1/8 final: Uşanqi Kokauri – Mirça Kroytoru (Rumıniya)/Freddi Fiqueroa (Edvador) cütünün qalibi

1/8 final: Camal Qamzatxanov – Xose Nova Alkantara (Dominikan)/Losseni Kone (Almaniya) cütünün qalibi


Digər xəbərlər

Xəbər xətti