"Sabahkı matçda komandama köməklik etmək üçün hazıram".
Sportarena.az xəbər verir ki, bunu Belçikanın "Gent" klubunun futbolçusu Endryü Hülsager Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Danimarkalı yarımmüdafiəçi "köhlən atlar"ın yaxşı komanda olduğunu bildirib:
"Nəticə üçün əlimizdən gələni etməliyik. Bizim üçün çətin olacaq. Rəqib evdə və səfərdə yaxşı mübarizə aparır".
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.