Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, açılış oyununda lider NTD “AAAF Xırdalan”la qarşılaşıb.
“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş Xırdalan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 19 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (34 xal, 5 ribaund) olublar.
Turun “Sabah” – “Gəncə”, “Neftçi” İK – “Olimpik Şəki”, “Zirvə Astara” – “Sərhədçi” oyunları 18-19 fevralda keçiriləcək.