"Daha sürətli hərəkət etməliyəm" - Mbappe

22:25 15 Fevral 2023

PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə ilk matçını (0:1) şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha sürətli hərəkət etməli olduğunu deyib:

“Daha sürətli hərəkət etməliyəm. Növbəti mərhələyə çıxmaq üçün Münhenə gedəcəyik. Bütün komanda yoldaşlarım əla vəziyyətdə olmalı, hamısı düzgün qidalanmalı, yaxşı yatmalıdırlar. Biz hücum futbolu oynayanda rəqiblər çətin anlar yaşayır”.

 

24 yaşlı fransalı forvard qarşılaşmanın ikinci hissəsində meydana daxil olduqdan sonra iki qol vursa da, oyundankənar vəziyyət olduğu üçün sayılmayıb.

 

“Bayern” – PSJ cütünün cavab qarşılaşması martın 8-də, Münhendə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti