FIFA prezidenti Canni İnfantinonun 2022-ci ildəki qazancı bəlli olub.
Sportarena.az ali futbol qurumunun hesabatlna istinadən xəbər verir ki, isveçrəli funksioner ötən təqvim ilində 3,62 milyon avro gəlir əldə edib.
Bu məbləğə onun maaşı və aldığı bütün mükafatlar daxildir. İnfantina Qətərdə keçirilən dünya çempionatına görə 1,66 milyon avro bonus alıb. FIFA-nın baş katibi Fatma Samura isə 2022-ci ildə 1,9 milyon avro qazanıb.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir.