“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb..
Sportarena.az xəbər verir ki, “köhlən atlar” Belçikanın “Gent” komandası ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini L.Andradenin 78-ci dəqiqədə atdığı qolla 1:0 məğlub edib
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.
Konfrans Liqası, 1/16 final
İlk oyun
16 fevral
Qarabağ 1:0 Gent (Belçika) (ikinci hissə)
Qol: L. Andrade 78
Hakimlər: Məhəmməd Al-Hakim Fredrik Klyver, Robin Vilde, Bojan Pandzic (hamısı İsveç)
VAR hakimləri: Bartosz Frankovsk, Pavel Pskit (Polşa)
Hakim-inspektor: Uno Tutk (Estoniya)
UEFA nümayəndəsi: Peadar Ryan (İrlandiya)
Bakı. T.Bəhramov adına Respublika stadionu
Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev.
Gent: 33. Deyvi Rof, 2. Cozef Okumu, 5. Mişel Nqadye-Nqadyui, 7. Xönseok Xon, 11. Uqo Kuypers, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23. Cordan Torunariqa, 24. Sven Kums (k), 31. Bruno Qodo.