“Qarabağ”ı qiymətləndirməmək olmaz”.
Sportarena.az xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun futbolçusu Sven Kums UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun ərəfəsində rəqib barədə fikirlərini bildirərkən deyib.
35 yaşlı vitse-kapitan Azərbaycan təmsilçisinin avrokuboklardakı nəticələrinin diqqətçəkən olduğunu söyləyib:
“Onlar bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə çox yaxın idilər. Yalnız pley-offda uduzdular. Avropa Liqasının qrupunda isə 8 xal topladılar. “Qarabağ”ı məğlub etmək asan olmayacaq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.