Messinin atası PSJ ilə razılığa gələ bilməyib

13:38 16 Fevral 2023

Lionel Messi yayda PSJ ilə müqaviləni uzatmaqda tərəddüd edir.

 

Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fevralın 15-də argentinalı futbolçunun atası və agenti ilə Paris təmsilçisinin nümayəndələri arasında görüş keçirilib, lakin tərəflər razılığa gələ bilməyib. Qarşıdakı günlərdə yeni görüş olacaq.

 

Cənubi amerikalı futbolçu Liqa 1 klubundan ayrıldıqdan sonra iki variantı nəzərdən keçirə bilər: MLS təmsilçisi “İnter Mayami”yə keçmək və ya “Barselona”ya qayıtmaq.

 

Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsümdə paytaxt klubunun heyətində 26 oyuna çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti