Gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportarena.az “Tribal Football”-a istinadən xəbər verir ki, “Napoli”nin futbolçusu ilə “Nyukasl” klubu maraqlanır.
“Nyukasl” rəhbərliyi gürcü futbolçunun transferi üçün 100 milyon avro xərcləməyə hazırdır.
Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. 22 yaşlı futbolçu bu mövsüm Neapol klubunun heyətində 23 oyun keçirib, 11 qol vurub, 14 məhsuldar ötürmə edib.