Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunun heyətində ilk məşqinə çıxıb.
Sportarena.az "Anadoluda Bugün"ə istinadən xəbər verir ki, məşq başlamamışdan əvvəl Emreli və komandanın digər yeni transferi Marlos Moreno bütün kollektivə təqdim edilib. "Konyaspor"un baş məşqçisi Aleksandar Stanoyeviç onlarla söhbət edib.
Komandanın çalışdırıcısı yeni gələnlərdən gözləntilərini bölüşüb.
Türkiyə Superliqasında yaranmış fasilə səbəbindən "Konyaspor" fevralın 22-də "Gənclərbirliyi" ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.