Yüksək Liqa: “Azərreyl” “Abşeron”a da qalib gəldi

22:46 16 Fevral 2023

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 8-ci turun ilk görüşü “Abşeron” və “Azərreyl” komandaları arasında baş tutub.

 

Turnir cədvəlinin lideri  “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron”a 0:3 hesabı ilə məğlub olan Eldar Yusubovun komandası bu matçda qələbəyə sevinib. “Azərreyl” 3:1 (25:16, 25:21, 18:25, 25:22) hesabı ilə “Abşeron”u məğlub edərək aktivinə daha 3 xal yazdırıb.

 

Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin komandası turu qələbə ilə başa vurub.

 

Beləliklə, 8 turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 13 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

 

Yüksək Liqa

8-ci tur

16 fevral

Abşeron – Azərreyl 1:3 (16:25, 21:25, 25:18, 22:25)

UNEC – Murov 0:3 (18:25, 08:25, 10:25)


Digər xəbərlər

Xəbər xətti