"Bərabər səviyyədə oyun göstərdik. Rəqib qədər qol şanslarımız oldu".
Sportarena.az xəbər verir ki, bunu Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis ikinci hissədə Azərbaycan təmsilçisinin daha yaxşı çıxış etdiyini bildirib:
"Penaltinin doğru qərar olduğunu düşünmürəm. Daha yaxşı nəticə ilə buradan ayrılmaq istəyirdik. Növbəti mərhələ şanslarımız davam edir. Bunun üçün əlimizdən gələni edəcəyik".
Vanhazebruk doğma azarkeşlər önündə daha yaxşı mübarizə aparmağa çalışacaqlarını söyləyib:
"Hələ də şansımız var. Heç olmasa bir qol vurub görüşü əlavə vaxtadək daşımaq niyyətindəyik".