Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. Autsayderlər qrupunda olan “Şamaxı” ilə “Kəpəz” üz-üzə gəlib. Gəncədə keçiriləcək oyunda “Kəpəz” qalib gəlməklə, sonuncu pillədən qurtulub - 3:2.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
Azərbaycan Premyer Liqası
23-cü tur
17 fevral
Kəpəz 3:2 Şamaxı (yekun)
Qol: Abdullahi Şuaybu, 10. Mate Kvirkviya, 53; 72 – Fuad Bayramov, 22. Rəhman
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu, 14:00