“Böyük Dəbilqə”: Orucov bu gün mübarizəyə başlayacaq

10:36 17 Fevral 2023

Bu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

 

Sportarena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşvili ilə qarşılaşacaq.

 

81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyanın, eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqanla üz-üzə gələcək.

 

Yarışın ilk günündə Orxan Səfərov (66 kq) “gümüş” qazanıb. Turnir fevralın 18-də bitəcək.


Digər xəbərlər

Xəbər xətti