"Azərbaycanın spesifik mədəniyyəti var" - "Neftçi"nin yeni transferi

11:09 17 Fevral 2023

Azərbaycanın çox spesifik mədəniyyəti var və mənim üçün yeni təcrübədir. Bu ölkə ilə tanış olanda zövq aldım".

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Mateus Saldanya "Lance" nəşrinə açıqlamasında deyib.

 

24 yaşlı hücumçu Avropada çıxış etmək arzusunu gerçəkləşdirdiyini bildirib:

"Uyğunlaşma prosesi hələlik tamamlanmayıb. Amma həmişə olduğu kimi, əlimdən gələni etmişəm. İlk qolumu vurduğum üçün çox sevinirəm. Bu, məndəki təzyiqi götürür. Performansımı getdikcə yaxşılaşdırmağa çalışacağam".

 

Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 il müddətinə icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti