Braziliyalı müdafiəçi Dani Alveş həbsxanaya düşməsinə səbəb olan hadisələri xatırlamır.
Sportarena.az “El Programa de Ana Rosa”-ya istinadən xəbər verir ki, Alveşin keçmiş həyat yoldaşı Joan Sans bildirib ki, futbolçu sərxoş olduğu üçün həmin gecə ilə bağlı heç nə xatırlamır.
Sans braziliyalı futbolçunu həbsxanada ziyarət edib və daha sonra ondan boşanıb.
Alveş zorlamada ittiham olunur. Onun 4 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə biləcəyi deyilir. “Barselona”nın keçmiş futbolçusu zaminə buraxılmadan nəzarətə götürülüb.
Dani Alveşin son klubu “Puma” müdafiəçi ilə müqaviləyə xitam verib.