“Bu heç-heçə məğlubiyyətə bənzəyir” - Reşford

12:12 17 Fevral 2023

“Mançester Yunayted”in hücumçusu Markus Reşford UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Barselona” ilə görüşündən sonra (2:2) fikirlərini bildirib.

 

Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, cavab qarşılaşması üçün ümidli olduğunu deyib:

“Bu heç-heçə məğlubiyyətə bənzəyir. İlk hissə kataloniyalıların xeyrinə oldu. Biz sakitliyi təmin etməyə çalışdıq. Bacardığımız qədər qol şansları yaradırdıq. İki gözəl qol vurduq.

“Barselona”nın çox yaxşı oyunçuları var. Ümid edirəm ki, bir həftə sonra daha yaxşı oynayacağıq və növbəti mərhələyə vəsiqəni təmin edəcəyik”.

 

“Mançester Yunayted” – “Barselona” cütünün cavab matçı fevralın 24-də, İngiltərədə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti