Messi bu 4 futbolçunun PSJ-dən getməsinə görə narazıdır

12:57 17 Fevral 2023

PSJ-nin hücumçusu Lionel Messi və müdafiəçisi Presnel Kimpembe klubun transfer siyasətindən narazıdır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Messi və Kimpembe klub rəhbərliyinin 2022-ci ilin yayında yarımmüdafiəçilər – Leandro Paredesin “Yuventus”a, İdrisse Qeyenin “Everton”a getməsinə, Julian Drakslerin “Benfika”ya icarəyə verilməsinə necə icazə verdiyini anlamırlar. Əvəzində “Vulverhempton”dan Vitinya, “Napoli”dən Fabian Ruiz və “Valensiya”dan Karlos Soler alınıb.

 

Həmçinin, PSJ-nin futbolçuları hücumçu Arno Kalimuendonun “Renn”ə satılmasını və onun yerinə Uqo Ekitikenin gəlməsini bəyənməyib.

 

Messi və Kimpembe “İnter”in müdafiəçisi Milan Skriniarın qışda Paris klubuna keçməməsindən də narahatdırlar. Çünki onlar müdafiə xəttinin gücləndirilməsinə ehtiyac olduğunu düşünürlər.

 

PSJ 23 turdan sonra 54 xalla Fransa çempionatında turnir cədvəlinə başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti