İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün İsveç millisinə çağırıla bilər.
Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan 42 yaşlı hücumçu qarşıdakı 1 ay ərzində mütəmadi olaraq oynamaq şansı qazanarsa, baş məşqçi Yanne Andersson tərəfindən yığmaya cəlb olunacaq.
61 yaşlı mütəxəssis bir müddət öncə mətbuata verdiyi açıqlamada bildirib ki, təcrübəli forvardın millidəki karyerasını başa vurduğunu demək olmaz: "Zlatan hələ də oynayır, ona dəvət göndərmək olar".
Qeyd edək ki, İsveç seçməsi F qrupunda ilk oyununu martın 24-də Belçikaya, ikinci matçını isə 3 gün sonra Azərbaycana qarşı keçirəcək. Hər iki görüş Solna şəhərindəki “Friends Arena”da baş tutacaq.