Avropa Liqası: "Mançester Yunayted"in hücumçusu ən yaxşı seçildi

22:22 17 Fevral 2023

İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Markus Reşford UEFA Avropa Liqasınında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu seçilib.

 

Sportarena.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı forvard səsvermədə Fransa "Monako"sundan Aksel Disasi, İspaniya "Sevilya"sından Lukas Okampos və Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan Dmitri Krıskivi qabaqlayıb.

 

Qeyd edək ki, Markus Reşford İspaniyada "Barselona" ilə 2:2 hesablı heç-heçə etdikləri matçda komandasının ilk qolunun müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti