Yüksək Liqa: "Neftçi" "Xarı bülbül"ə məğlub oldu

23:41 17 Fevral 2023

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk matçı “Neftçi” və “Xarı bülbül” komandaları arasında olub.

 

Günün ilk qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub. İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:22, 25:20, 25:18).

 

Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub - 3:0.

 

Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

 

VIII tur
 

17.02.2023

“Neftçi” - “Xarı bülbül” 0:3 (22:25, 20:25, 18:25)

MOİK - “Murov” 0:3 (13:25, 18:25, 08:25)


Xəbər xətti