“Barselona” heyətinə yeni futbolçu cəlb edib.
Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun sağ cinah müdafiəçisi Xulian Arauxo ilə güclənib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Barselona” bu transfer üçün 4 milyon avro ödəyib.
2019-cu ildə ABŞ klubunun əsas komandasına cəlb olunmağa başlayan müdafiəçi, MLS təmsilçisində 109 oyun keçirib və 2 qol vurub. ABŞ-da dünyaya göz açan, bu ölkənin aşağı yaş qrupları üzrə bütün yığmalarında oynayan futbolçu, hətta əsas millidə də debüt edib. Lakin 2021-ci ildə fikrini dəyişən müdafiəçi Meksika yığmasında oynamağa qərar verib və bu ölkənin millisində 3 oyuna çıxıb.