PSJ iki futbolçusunu itirdi

10:28 18 Fevral 2023

PSJ daha iki futbolçusunun xidmətindən məhrum olub.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisində müdafiəçilər Əşrəf Hakimi ilə Markinyos da sıradan çıxıblar.

 

Bu barədə Liqa 1 nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Hakiminin sol diz nahiyəsində narahatlıq varsa, Markinyos sol budunda problem olduğu üçün cümə günü baş tutan məşqi buraxıb. Onların zədə səbəbindən nə qədər oynamayacağı açıqlanmır.

 

Xatırladaq ki, PSJ-də Nordi Mukiele ilə Renato Sançes də zədə səbəbindən komandaya kömək edə bilmir. Parislilər sabah Liqa 1 çərçivəsində doğma meydanda “Lill” ilə qarşılaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti