“Mançester Yunayted”in keçmiş futbolçusu Andrey Kançelskis UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Barselona” ilə matçını (2:2) şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəticənin Premyer Liqa klubu üçün yaxşı olduğunu bildirib:
“Maraqlı oyun oldu, dörd qol izlədik. Azarkeşlər də çox sevindi. Məncə, nəticə “Mançester Yunayted” çox yaxşıdır. Oyunu bəyəndim. Cavab oyununda daha yaxşı nəticəyə ümid edirəm.
“Qırmızı şeytanlar”ın növbəti mərhələyə çıxacağına inanıram. “Barselona” əvvəlki gücündə deyil. “Mançester Yunayted”in şansı daha yüksəkdir. Lakin La Liqa təmsilçisi də qələbə üçün meydana çıxacaq”.
“Mançester Yunayted” – “Barselona” cütünün cavab qarşılaşması fevralın 24-də, İngiltərədə keçiriləcək.