Kvaratsxeliya "Napoli"də 93 illik rekordu təkrarlayıb

12:58 18 Fevral 2023

Gürcüstan millisinin hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 1930-cu ildən sonra "Napoli"də bir mövsümdə 10-dan çox qol vuran ən gənc futbolçu olub.

 

Sportarena.az xəbər verir ki, səfərdə "Sassuolo"nu 2:0 hesabı ilə məğlub etdikləri A Seriyasının XXIII tur oyununda fərqlənən 22 yaşlı vinger 93 illik rekordu təkrarlayıb.

 

İstedadlı oyunçu 12-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapmaqla görüşdə hesabı açıb.

 

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti