Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Qaziantep"dən Aleksandru maksimi transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı mə/lumat yayıb. Rumıniyalı vinger mövsümün sonuna kimi icarə əsasında "Beşiktaş"da çıxış edəcək.
Qeyd edək ki, Aleksandru Maksim 2020-ci ilin yayından "Qaziantep"də çıxış edir.32 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.