Azərbaycan gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb

16:40 18 Fevral 2023

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunun finalına yüksəlib.

 

Sportarena.az xəbər verir ki, idmançı qadınlar arasında fərdi təsnifatda uğurla çıxış edərək buna nail olub.

 

İkinci qrupda yer alan 20 yaşlı gimnast ümumilikdə 21 iştirakçı arasında ən yüksək üçüncü göstəriciyə imza atıb. İlk cəhdində hakimlərdən 53.370 xal alan Mahsudova finalda iştirak hüququna yiyələnib. Azərbaycan təmsilçisi ikinci cəhdə ehtiyac duymayıb.

 

Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun 8 idmançı arasında keçiriləcək final raundu fevralın 19-da olacaq.


Digər xəbərlər

Xəbər xətti