Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kaan-Marienborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb