İtaliya yığmasının sabiq hücumçusu Cüzeppe Rossi yenidən karyerasını bərpa edib.
Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu ötən mövsüm başa çatan kimi yollarını ayırdığı SPAL-a qayıdıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasındakı müqavilə bu mövsümün 30 iyununa kimi nəzərdə tutulub.
Rossi 2021-ci ilin noyabrından 2022-ci ilin yayına kimi SPAL-da oynayıb və bu komandada 14 oyuna 3 qol vurub. O, “Mançester Yunayted”, “Nyukasl”, “Parma”, “Vilyarreal”, “Fiorentina”, “Levante”, “Selta”, “Cenoa”, “Real Solt Leyk” kimi klublarda da forma geyinib. Hücumçu İtaliya yığmasında 30 oyuna çıxıb, 7 qola imza atıb.