Türkiyə Futbol Federasiyası və Super Liqa klubları zəlzələ qurbanları üçün yardım kampaniyası təşkil edəcək.
Sportarena.az xəbər verir ki, "Çiyin-çiyinə Türkiyə" adı verilən kampaniya 1 mart tarixində televiziya kanalları ilə canlı yayımda həyata keçiriləcək.
Yardım aksiyasına PSJ-nin ulduz futbolçuları Lionel Messi, Neymar və Kilian Mbappe də qoşulacaq. Hər üç oyunçunun forması satışa çıxarılacaq və ən çox pul təklif edən şəxsə veriləcək.
Yardım kampaniyasından toplanan gəlir zəlzələdə evlərini itirmiş insanlara konteynerlər almaq üçün xərclənəcək.