“Zirə”nin futbolçuları bu gün daha baxımlı futbol oynamağa imkan vermədilər”.
Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis rəqibin onları yaxşı analiz etdiyini söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərlik də pis nəticə olmazdı. Çünki görüş ona doğru gedirdi. Deməzdim ki, qol imkanlarımız çox oldu. “Zirə” bizə qarşı yaxşı hazırlaşmışdı. Bütün futbolçularımızı düzgün təhlil etmişdilər. Amma futbolçularımızın mübarizəsindən xoşum gəldi, sona kimi bir-birlərinə inandılar. Çox vacib 3 xal qazandıq”.