Qətər əmiri Təmim ibn Həməd Əl Tani Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilmiş PSJ – “Bavariya” görüşünü izləyib.
Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nasser Al-Xelaifinin komandanın müdafiədən oynaması, hücumda təhlükə yarada bilməməsi xoşuna gəlməyib.
Hətta PSJ-nin baş məşqçisi Kristof Qaltyenin matçdan sonra rəhbərlik tərəfindən tənqid olunduğu iddia edilir.
Fransalı mütəxəssisin baş məşqçi postundan uzaqlaşdırıla biləcəyi ehtimal olunur.