“Komandanın birliyi çox xoşuma gəldi” - Ançelotti

16:51 19 Fevral 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 22-ci turu çərçivəsində səfərdə “Osasuna” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis stadiondan xoşbəxt ayrıldıqlarını deyib:

“İkinci hissədə etdiklərimizi birinci hissədə də edə bilərdik. Amma komandanın birliyi çox xoşuma gəldi. Möhtəşəm oyun oldu. La Liqada çempionluq uğrunda mübarizədə qalmaq üçün qələbə qazanmaq vacib idi. Ona görə də, stadiondan xoşbəxt ayrılırıq”.

 

Bu matçdan sonra “Real” lider “Barselona”dan 5 xal geri qalaraq, 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Katalonların ehtiyatda bir oyunu var.


Digər xəbərlər

Xəbər xətti