Zəlzələ səbəbindən Türkiyə Super Liqasında iştirakını dayandıran "Qaziantep" klubunu daha bir futbolçu tərk edib.
Sportarena.az xəbər verir ki, Papi Cilobodji komandadan ayrılıb. Seneqallı mərkəz müdafiəçisi "Kasımpaşa"ya keçib. 34 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında İstanbul klubunda çıxış edəcək.
Qeyd edək ki, Papi Cilobodji 2019-cu ilin yayından "Qaziantep"də çıxış edir. Təcrübəli müdafiəçi cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.