“Qarabağ”la oyundan əvvəl..." - “Gent”in baş məşqçisi şikayətləndi

10:41 20 Fevral 2023

Belçikanın “Gent” komandası UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunundan əvvəl zədəlilərin çoxluğundan əziyyət çəkir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Gent”in baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.

 

O, Belçika çempionatında “Leuven”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra zədəlilərin çoxluğundan şikayət edib:

“Qarabağ”la oyundan öncə çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.

 

Fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək. Bakıdakı ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti