"Hər kəs bu matçda həvəsli və hazır olacaq".
Sportarena.az xəbər verir ki, bunu "Gent"in kapitanı Sven Kums Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
"Aud-Heverle Lyoven"ə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra danışan 35 yaşlı yarımmüdafiəçi onlar üçün gərgin həftənin davam etdiyini bildirib.
Belçikalı oyunçu buna baxmayaraq, özünü yaxşı hiss etdiyini söyləyib:
"Oynamaq istəyirəm. Başqaları barədə danışa bilmərəm, amma mən özümə qulluq edirəm. Yorulduğumu deyə bilmərəm".
Qeyd edək ki, fevralın 23-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. "Qarabağ" ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.