PSJ rəhbərliyi baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.
Sportarena.az “FootMercato”ya istinadən xəbər verir ki, Kristof Qaltye ilə yollarını ayıracaq Paris rəhbərliyi bu posta kimi təyin edəcəyini də aydınlaşdırıb.
Belə ki, fransalılar Tomas Tuxeli baş məşqçi postuna qaytarmaq niyyətindədir. 49 yaşlı almaniyalı mütəxəssis "Çelsi"dən qovulduqdan sonra işsiz qalıb.
O, 2018-2020-ci illərdə PSJ-yə rəhbərlik edib.