Azərbaycan boksçularının beynəlxalq turnirdəki ilk rəqibləri bəlli olub

13:58 20 Fevral 2023

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda milli üzvlərinin də rəqibləri bəlli olub.

 

İlk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.
 

Bolqarıstan, “Strandja” turniri

1/8 final

20 fevral

Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa)

Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya)

Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan)

Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)
 

1/16 final

21 fevral

Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)


1/8 final

22 fevral

Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan)

Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)
 

1/2 final

25 fevral

Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)

 

Qeyd edək ki, “Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Turnirin qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti