Çilili hücumçu Aleksis Sançes Fransanın “Marsel” klubuna keçməzdən əvvəl Türkiyə “Qalatasaray”ına transferdən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə “Telefoot” məlumat yayıb. Məlumata görə, Türkiyə klubu çilili futbolçuya illik 4 milyon avro maaşla müqavilə təklif etsə də, o, “Marsel”ə keçməyə üstünlük verib.
34 yaşlı Sançes 2022-ci ilin yayında “İnter”dən azad agent olaraq “Marsel”ə keçib. O, bu mövsüm “Marsel”in heyətində 29 matçda 13 qol vurub və 1 məhsuldar ötürmə edib.