PSJ-nin hücumçusu Lionel Messi Fransa Liqa 1-də “Lill”i 4:3 hesabı ilə məğlub etdikləri oyundan sonra klubdan iki günlük məzuniyyət alıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu ailəsi ilə birlikdə Barselonaya gedib.
Messi uzun illər Barselonada yaşayıb və şəhərin komandasının formasını geyinib. Onun yayda “Barselona”ya geri dönmək ehtimalı var.
Messi bu mövsüm 27 oyuna çıxıb, 16 qol vurub və 14 məhsuldar ötürmə edib.