“Valensiya” yenə məğlub oldu

09:24 21 Fevral 2023

İspaniya La Liqasında 22-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

“Xetafe” doğma meydanda “Valensiya” ilə üz-üzə gəlib. Qonaq komanda bu oyunda ardıcıl beşinci məğlubiyyətinə üzülüb.

 

59 xala malik “Barselona” liderliyini qoruyur. Madrid “Real”ı 51 xalla ikinci, “Real Sosyedad” 43 xalla üçüncüdür. Madrid “Atletiko”su 41, “Betis” 37 xal toplayıb. “Xetafe” 22 xalla 16-cı pilləyə yüksəlibsə, “Valensiya” 20 xalla 19-cu pilləyə düşüb.

 

İspaniya La Liqası

22-ci tur

20 fevral

Xetafe – Valensiya 1:0

Qol: Mayoral, 82.


Digər xəbərlər

Xəbər xətti