Los-Anceles-1984 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 110 metr məsafəyə maneələrlə qaçışda üçqat dünya çempionu Qreq Foster vəfat edib.
Sportarena.az NBC telekanalına istinadən xəbər verir ki, keçmiş atlet 65 yaşında dünyasını dəyişib.
2016-cı ildə Foster amiloidoz (zülal mübadiləsinin pozulması) diaqnozu qoyulub, bundan sonra o, kimyaterapiya kursu alıb. 2020-ci ildə isə ABŞ idmançısı ürək transplantasiyası əməliyyatı keçirib.
Qeyd edək ki, Qreq Foster 1983, 1987 və 1991-ci illərdə dünya çempionu olub.