Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) klubundan ayrılıb.
Sportarena.az Plotsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək.
Krivotsyuk "Tecon Xana Sitizen" komandasının formasını geyinəcək. Daha əvvəl Asiya klubunun oyunçu üçün "Visla"ya 600 000 avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən Plotsk "Visla"sına 70 000 avro qarşılığında keçib.