"Qalatasaray" Rusiyanın "Dinamo" klubunda çıxış edən Arsen Zaxaryanın transferini bitirməyə çox yaxındır.
Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" Moskva klubu ilə razılıq əldə edib. Bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb.
"Qalatasaray" erməni əsilli yarımmüdafiəçi üçün "Dinamo"ya 13 milyon avro ödəyəcək. 19 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 4,5 illik müqavilə imzalayacaq. Rusiya millisinin üzvü "Qalatasaray"da illik 1,9 milyon avro maaş alacaq.
Qeyd edək ki, Arsen Zaxaryan "Dinamo"nun yetirməsidir. Gənc yarımmüdafiəçi cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.