Türkiyənin “Qalatasaray” klubu xeyriyyə turniri təşkil edəcək.
Sportarena.az xəbər verir ki, turnirdə “sarı-qırmızılar”la yanaşı, “Adana Dəmirspor”, “İstanbulspor” və “Eyüpspor” klubları iştirak edəcək. Bütün oyunlar “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “NEF Stadionu”nda keçiriləcək.
Turnirdən əldə olunacaq gəlirin hamısı Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq.