“Gent” – “Qarabağ” matçının hakimləri bilinib

13:20 21 Fevral 2023

Belçikada “Gent” və “Qarabağ” arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

 

Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona Frensis Konnor və David Roome laynsmanlar qismində köməklik göstərəcək.

 

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda “köhlən atlar” 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də, Gentdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti