PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-də 150 qol vuran ən gənc futbolçu olub.
Sportarena.az xəbər verir ki, fransalı hücumçu bu göstəriciyə 24 yaş 2 aylıq olarkən çatıb. Mbappeyə 150 qol vurmaq üçün 203 matç lazım olub.
İlk üçlükdə 1959-cu ildə, 26 yaş 2 aylıq olarkən bu nəticəyə nail olmuş Jüst Fonten və Herve Revelli (1972, 26 yaş 3 ay) də qərarlaşıb.
Mbappe bu mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 28 oyuna çıxıb, 27 qol vurub və 6 məhsuldar ötürmə edib