“Qarabağ”dan təklif gələndə bunun zarafat olduğunu düşündüm” - Cica

20:49 21 Fevral 2023

“Qarabağ”ın yeni transferi Redon Cica Azərbaycan çempionuna keçidi barədə
açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, alban oyunçu “supersport.al”-a müsahibəsində “Qarabag”dan təklif aldığında bunun zarafat olduğunu düşündüyünü deyib:

“Qarabağ”dan təklif gələndə bunun zarafat olduğunu düşündüm. Bir gün agentim dedi ki, artıq müqavilə imzalanıb. Bundan sonra hər şeyin ciddi olduğunu başa düşdüm. Düzgün seçim etdiyimi düşünürəm. Çünki “Qarabağ” Avropada tanınmış komandadır, Azərbaycanda isə bir nömrədir”.

 

25 yaşlı futbolçu Azərbaycan və Albaniya futbolunu da müqayisə edib:

“Burada futbol daha sürətli və texnikalıdır. Albaniyada isə çox vaxt heç-heçəyə oynayırlar, sürət aşağı olur. Azərbaycan Premyer Liqasında oyun tempi yüksəkdir və siz meydanda daha çox boş sahə tapa bilirsiz. Bu mənada, iki ölkə futbolu arasında böyük fərq var”.

 

O, “Qarabağ”a keçməzdən əvvəl “köhlən atlar”ın keçmiş müdafiəçisi Ansi Aqolli ilə danışdığını deyib:

“Bura gələndən sonra isə komandada hər kəsin ona hörmət bəslədiyini gördüm. O, “Qarabağ”ın əfsanəsidir və daim xatırlanır. Ümid edirəm ki, nə vaxtsa Ansi kimi klubun tairixində öz yerimi tutaram”.

 

Cica UEFA Konfrans Liqasında Belçika “Gent”inə qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununu da şərh edib:

“Mən meydana çıxanda komandamız hesabda öndə idi. Ona görə də, daha təmkinli oynadıq. İki dəfə qol vurmaq üçün şansım oldu. Birində top qapı tirinə tuş gəldi. Şans mənim tərəfimdə deyildi. Odur ki, edə biləcəyim bir şey yoxdur. İnanıram ki, tezliklə qollarımı vuracam”.

 

“Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda “köhlən atlar” 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti