"Oğlumun "Qalatasaray"a transferi ilə bağlı yayılan yalan məlumatların kimə sərf etdiyini bilmirəm"

21:12 21 Fevral 2023

"Dinamo"nun yarımmüdafiəçisi Arsen Zaxaryanın atası Norayr Zaxaryan oğlunun "Qalatasaray"a mümkün keçidini yalanlayıb.

 

Sportarena.az xəbər verir ki, futbolçunun valideyni "РБ Спорт"a açıqlamasında bu cür danışıb:

"Oğlumun "Qalatasaray"a transferi ilə bağlı yayılan yalan məlumatların kimə sərf etdiyini bilmirəm. Düşünürəm ki, indi bunu müzakirə etməyin mənası yoxdur. Çünki artıq bu məsələ bağlanıb".
 

19 yaşlı futbolçu "Krılya Sovetov" yetirməsidir və 2020-ci ildən "Dinamo"nun əsas heyətində oynayır. O, 2021-ci ildə Rusiya millisində debüt edib.


Digər xəbərlər

Xəbər xətti